“Şəfa” futbol klubunun yeni prezidentinin adı məlum olub.
Sitat.info klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bu vəzifəyə Kənan Sadıqlı keçib.
Xatırladaq ki, klubun prezidenti Sərdar Salmanzadə bir neçə gün öncə ani qərarla vəzifədən getmişdi.