İran hakimiyyəti xaricdə yaşayan iranlılara casusluq fəaliyyəti ilə bağlı sərt xəbərdarlıq edib.
Sitat.info İran mediasına istinadən xəbər verir ki, İslam Respublikasının Baş Prokurorluğu tərəfindən yayılan rəsmi bəyanatda bildirilib ki, düşmənlə əməkdaşlığın hər hansı forması ciddi hüquqi nəticələrə səbəb olacaq. Açıqlamaya görə, belə fəaliyyətlə məşğul olan şəxslərin əmlakı və digər aktivləri müsadirə edilə bilər. Bundan əlavə, həmin şəxslərin ölüm cəzası da daxil olmaqla ən sərt cəzalara məruz qala biləcəyi vurğulanıb.
Bəyanatda qeyd olunur ki, İsrail, ABŞ və digər “düşmən ölkələr” üçün hər hansı kəşfiyyat və ya məlumat toplama fəaliyyəti bu ittihamın nümunəsi kimi dəyərləndiriləcək.
Tehran,
Sitat.info