"İran Azərbaycan və Türkiyəyə hücum etməyib" - İsmayıl Baqayi

15:02 9 Mart 2026

 Bu gün İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi Tehranın Azərbaycana, Türkiyəyə və ya Kiprə raket və dron atmadığını iddia edib.

Sitat.info xəbər verir ki, o, İranın regional ölkələrlə mehriban qonşuluq və dostluq münasibətlərini qorumaqda israrlı olduğunu və dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməyi prinsip hesab etdiyini vurğulayıb

Baqayi qeyd edib ki, əgər hər hansı bir ölkənin ərazisindən İrana qarşı hücumlar həyata keçirilərsə və ya onun ərazisi İran vətəndaşlarına və obyektlərinə hücum etmək üçün istifadə olunarsa, beynəlxalq hüquqa görə, Tehranın müdafiə xarakterli cavab almaq üçün qanuni hüququ var.

Onun sözlərinə görə, İran Silahlı Qüvvələri rəsmi olaraq dronların İrandan atılmadığını və İrana məxsus olmadığını bildirib. 

Sitat.info



Xəbər xətti