İrandan Azərbaycana daha 42 nəfərin təxliyəsi baş tutub.
Saat 14:00-16:00 aralığında təxliyə olunanların 14-ü Azəraycan, 11-i Polşa (diplomatlar), 6-sı Pakistan, 4-ü Çin, 4-ü İran, 2-si Kanada, 1-i Tacikistan vətəndaşıdır.
Onların təxliyəsi "Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə həyata keçirilib.