Ərdoğan Nazirlər Kabinetini topladı - İclas keçirir

17:38 9 Mart 2026

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi Beştəpədə hökumətin yeni iclası keçirilir. 
 
Sitat.info xəbər verir ki, iclasın əsas gündəmi ABŞ və İsrailin İranla müharibəsi olacaq. 
 
Bölgədəki hərbi fəaliyyət, müharibənin potensial təsirləri və Türkiyənin diplomatik təşəbbüsləri müzakirə olunacaq.
 
Regional təhlükəsizlik başlığı altında digər vacib gündəm maddəsi Əfqanıstan və Pakistan arasındakı gərginlikdir. Nazirlər Kabinetinin iclasında sərhəd münaqişələrinin regional sabitliyə və Türkiyənin diplomatik əlaqələrinə təsiri nəzərdən keçiriləcək. Bundan əlavə, Rusiya ilə Ukrayna arasında sülh səyləri, Qəzzada baş verən humanitar faciə və Suriyadakı son hadisələr hərtərəfli qiymətləndiriləcək.
/unikal



Xəbər xətti