Bu gün İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf “X” hesabında sərt açıqlama verib.
Sitat.info iran mediasına istinadən xəbər verir ki, Qalibaf bildirib ki, Tehran qətiyyən atəşkəs istəmir və inanır ki, təcavüzkara qarşı güclü tədbir görülməli, ona dərs verilməlidir ki, bir daha İrana hücum etməyi düşünməsin.
“Sionist rejimi öz utancverici varlığını və dominantlığını qorumaq üçün müharibə-danışıq-atəşkəs və sonra yenidən müharibə dövrünü davam etdirməkdə maraqlıdır. Biz bu dövrü bitirəcəyik”, - deyə, Qalibaf vurğulayıb.
Tehran