Rusiya ordusu Ukraynanı bombaladı

19:20 10 Mart 2026

Rusiya ordusu Ukraynanın Slovyansk şəhərinin mərkəzinə aviabomba atıb.
 
Bu barədə "Unian" məlumat yayıb.
 
Məlumata görə, şəhərə atılan aviabombalardan birinin çoxmərtəbəli yaşayış binasına düşməsi nəticəsində 4 nəfər ölüb, biri uşaq olmaqla 16 nəfər yaralanıb.
 

Bildirilir ki, ümumilikdə üç aviabombanın partlaması nəticəsində şəhərdə altı çoxmərtəbəli binaya ziyan dəyib.



Xəbər xətti