Rusiyaya məxsus PUA Xersonda avtobusu vurub: yaralananlar var

19:37 11 Mart 2026

Rusiya Silahlı Qüvvələri Xersonda (Ukrayna) PUA ilə avtobusa hücum edib, nəticədə 19 nəfər yaralanıb.
 
Bu barədə "RBK-Ukrayna" Xerson Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Prokudinin "Telegram" kanalına istinadən məlumat yayıb.
 
Məlumata görə, marşrut avtobusuna endirilən zərbə nəticəsində 19 nəfər, o cümlədən 17 yaşlı yeniyetmə xəsarət alıb. Yaralılardan azı birinin vəziyyəti kritikdir.



Xəbər xətti