THY İrəvana uçuşlara başladı

20:00 11 Mart 2026


“Türk Hava Yolları” (THY) bu gündən etibarən İstanbul–İrəvan–İstanbul marşrutu üzrə ilk dəfə birbaşa uçuşlara başlayıb.

 
Sitat.info xəbər verir ki, bu barədə İrəvanın “Zvartnots” beynəlxalq aeroportu məlumat yayıb.
 
Bildirilib ki, İstanbuldan qalxan ilk start reysi artıq İrəvanda eniş edib.
 
Məlumata görə, uçuşlar martın 11-dən başlayaraq gündəlik (həftədə 7 dəfə) həyata keçiriləcək. Mayın 14-dən reyslərin sayının həftədə 10-a, iyunun 15-dən isə 14-ə çatdırılması planlaşdırılır.
 
Qeyd edək ki, iki ölkə arasında quru sərhədləri bağlı olsa da, hava nəqliyyatının genişləndirilməsi normallaşma prosesinin tərkib hissəsidir.
 
Məlumat üçün bildirək ki, 2022-ci ildən etibarən “Fly One Armenia” və “Pegasus” şirkətləri də qarşılıqlı uçuşlar həyata keçirməyə başlayıb



Xəbər xətti