63 yaşlı kişinin meyiti əkin sahəsindən tapıldı

20:31 11 Mart 2026

Qusarda əkin sahəsindən meyit tapılıb.

Sitat.info xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Köhnə Xudat kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 63 yaşlı Sərvər Şəhabəddin oğlu Ərzimanovun meyiti kəndin ərazisindəki əkin sahəsində aşkarlanıb.

Onun hansı səbəblə öldüyü hələlik məlum deyil.

Hadisə ilə bağlı araşdırma aparılır.



Xəbər xətti