Yaxın Şərqdə davam edən müharibə nəticəsində müxtəlif ölkələrdə yüzlərlə insan həyatını itirib, minlərlə şəxs yaralanıb. Münaqişənin indiyədək yaratdığı insan itkisi ilə bağlı son rəqəmlər açıqlanıb.
Sitat.info xarici mediaya istinadən məlumat verir ki, ən çox itki İranda qeydə alınıb. Bu ölkədə azı 1 255 nəfər ölüb, 12 mindən çox insan yaralanıb.
İsraildə isə 14 nəfərin öldüyü bildirilib.
Livanda müharibə nəticəsində 634 nəfər həyatını itirib, 1500-dən çox insan yaralanıb.
Amerika Birləşmiş Ştatları tərəfdən 7 hərbçi həlak olub.
Küveytdə 6 nəfər – iki əsgər, iki sərhədçi və iki mülki şəxs (onlardan biri 11 yaşlı qız) ölüb.
Birləşmiş Ərəb Əmirliklərində 6 nəfər – dörd mülki şəxs və iki hərbçi həyatını itirib.
Səudiyyə Ərəbistanında iki mülki şəxs ölüb.
Bəhreyndə iki nəfərin həlak olduğu bildirilib.
Omanda dənizdə bir dənizçi həyatını itirib.
Qətərdə 16 nəfər yaralanıb.
İraqda isə 26 nəfər ölüb. Onların arasında İrana yaxın silahlı qruplaşmaların 21 üzvü, ən azı üç iranlı kürd döyüşçü, Ərbil hava limanının mühafizəçisi və Bağdad yaxınlığında bir mülki şəxs olduğu qeyd olunur.
Ekspertlər bildirirlər ki, münaqişə davam edərsə, insan itkisi daha da arta bilər.
Nigar,
Sitat.info