İran səfiri: Türkiyəyə raket atılması müəmmalıdır, üçüncü ölkələrin izi ola bilər

16:47 13 Mart 2026

Bu gün İranın Ankaradakı səfiri Məhəmməd Həbibullahzadə İrandan Türkiyəyə raket atılması ilə bağlı açıqlama verib.

Sitat.info xəbər verir ki, səfir bu məsələnin müəmmalı olduğunu bildirib.

Səfir qeyd edib ki, Tehran Türkiyənin suverenliyinə hörmət edir və İranın raket hücumlarında iştirak etmədiyini bəyan edib. 
“Biz bu vəziyyəti həll etmək və fikir ayrılıqlarını aradan qaldırmaq üçün təklif irəli sürdük. Bu məsələni daha ətraflı araşdırmaq üçün texniki qrup yaratmağı təklif etdik. Çünki bizim üçün bu da sual olaraq qalır: Bu necə baş verə bilər?”deyə, Həbibullahzadə jurnalistlərə bildirib.

Səfir əlavə edib ki, bu addımların “üçüncü ölkələr tərəfindən” törədilməsi, Tehran və Ankara arasındakı dostluq və qardaşlıq münasibətlərinə zərər verməyə yönəlmiş olması ehtimalı da mövcuddur.

Aytac,

Sitat.info



Xəbər xətti