Əraqçı Türkiyəyə təşəkkür etdi

22:10 13 Mart 2026

İranın xarici işlər naziri Abbas Əraqçı Türkiyəyə təşəkkür edib.

Sitat.info xəbər verir ki, bu barədə o, "X" hesabında yazıb.

"Ramazanın mübarək günlərində qardaş türk millətinin və dost Türkiyə Respublikasının İran xalqı üçün etdiyi dualar və göstərdiyi həmrəylik bizim üçün böyük güc və mənəvi dəstək mənbəyidir", -o bildirib.

Əraqçı əlavə edib ki, İran öz suverenliyini və xalqının təhlükəsizliyini qətiyyətlə müdafiə etməyə davam edəcək.



Xəbər xətti