Bu ölkə İrandakı səfirliyini Bakıya köçürdü

16:45 16 Mart 2026

İsveç İrandakı səfirliyini müvəqqəti olaraq Bakıya köçürüb.

Sitat.infoxəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Maria Stenerqard sosial şəbəkə hesabında məlumat verib.

Onun sözlərinə görə, İranda pisləşən təhlükəsizlik şəraiti fonunda Xarici İşlər Nazirliyi Tehrandakı səfirlik heyətini köçürməyi qərara alıb.

Qeyd edilib ki, səfirlik Bakıda fəaliyyətini davam etdirir.

Nazir İsveç Xarici İşlər Nazirliyinin 2022-ci ildən bəri İrana səfərdən çəkinməklə bağlı müraciətini xatırladıb, İsveç vətəndaşlarını İranı tərk etməyə çağırıb./Apa



Xəbər xətti