Almaniyanın müdafiə naziri ABŞ-ın İrana qarşı hərbi dəstək çağırışını rədd edib

17:35 16 Mart 2026

Bu bizim müharibəmiz deyil.
 
Bu sözləri Almaniyanın müdafiə naziri Boris Pistorius ABŞ-ın tərəfdaşlarından dəstək istəməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
 
Pistorius ABŞ Prezidenti Donald Trampın İrana qarşı ABŞ-İsrail müharibəsində hərbi dəstək tələblərini rədd edib.
 
"Tramp bir neçə Avropa freqatının ABŞ-ın güclü donanmasının edə bilmədiyi işi görə biləcəyini gözləyir? Bu bizim müharibəmiz deyil və biz başlamamışıq”, - nazir qeyd edib.
 
Nazir Almaniya ordusunun Hörmüz boğazının təhlükəsizliyini təmin etməkdə iştirak etməyəcəyini bildirib.



Xəbər xətti