Aİ Gürcüstanla bağlı əlavə tədbirləri nəzərdən keçirir

18:26 16 Mart 2026

Biz Gürcüstanla bağlı başqa nə edə biləcəyimizi düşünürük, belə ki, bu ölkədəki vəziyyət getdikcə daha da ciddiləşir.
 
Bunu Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas deyib.
 
O xatırladıb ki, Gürcüstan diplomatları üçün Aİ-yə vizasız gediş-gəliş rejimi martın 6-dan dayandırılıb.
 
Kallas Gürcüstan hökumətinin qətiyyən düzgün istiqamətdə addımlamadığını vurğulayıb.
 
Qeyd edək ki, Aİ-nin Xarici İşlər Şurasının bu gün keçiriləcək iclasında Gürcüstanla bağlı məsələ də müzakirə olunacaq.



Xəbər xətti