Trampın Hörmüzlə bağlı təklifi ziddiyyətlidir - Störe

18:48 16 Mart 2026

Norveç gəmiçilik ölkəsi kimi Hörmüz boğazındakı təhlükəsizlikdən narahatdır. Lakin Norveçin hərbi potensialı şimalda təhlükəsizliyin təmin edilməsi ilə bağlıdır. Trampın dedikləri bir qədər ziddiyyət təşkil edir.

Sitat.info xəbər verir ki, bu açıqlama ilə Norveçin Baş naziri Yonas Qar Störe çıxış edib.

O bildirib ki, ölkəsi Hörmüz boğazına hərbi gəmilər göndərməyəcək.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazı ətrafında beynəlxalq dəniz koalisiyasının yaradılması təşəbbüsü ilə çıxış edib. Lakin bir sıra ölkələr bu təklifdən imtina ediblər.



Xəbər xətti