BƏƏ-nin Füceyrə limanına yenidən hücum edilib

19:50 16 Mart 2026

Birləşmiş Ərəb Əmirliklərinin Füceyrə limanı yenidən hücuma məruz qalıb.
 
Bu barədə "Bloomberg" məlumat yayıb.
 
Bildirilib ki, hücum nəticəsində dəyən ziyanın həcmi hazırda qiymətləndirilir.
 
Qeyd edək ki, bundan əvvəl də sözügedən limana hücum edilib.
 
Füceyrə limanı BƏƏ-nin neft ixracatı üçün böyük əhəmiyyət daşıyır.



Xəbər xətti