İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricaninin dəfn mərasimi bu gün keçiriləcək.
Sitat.info xəbər verir ki, bu barədə İranın yarımrəsmi “Tasnim” agentliyi məlumat yayıb.
Məlumatda o da qeyd olunub ki, Əli Laricani İsrailin dünən həyata keçirdiyi hücum nəticəsində oğlu və mühafizəçiləri ilə birlikdə həlak olub.
Bundan başqa, qeyd edilib ki, ötən gün öldürülən SEPAH-ın “Bəsic” Təşkilatının rəhbəri general-mayor Rza Süleymaninin cənazəsi də bu gün dəfn olunacaq.
Onlarla vida mərasimi günorta saatlarında Tehranın İnqilab Meydanında keçiriləcək.