Bayramov Səudiyyə Ərəbistanına getdi

14:59 18 Mart 2026

Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərinə işgüzar səfərə yola düşüb.

XİN-dən Sitat.info-ya verilən məlumata görə, səfər çərçivəsində C.Bayramovun bir sıra ölkələrin xarici işlər nazirlərinin regional təhlükəsizlik və sabitlik üzrə məşvərətçi iclasında iştirakı, habelə bəzi ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

 




Xəbər xətti