The Wall Street Journal qəzetinin məlumatına görə, Səudiyyə Ərəbistanı ABŞ-dən Hörmüz boğazına tətbiq etdiyi blokadanı ləğv etməyi və danışıqlar masasına qayıtmağı istəyir.
Sitat.info xəbər verir ki, ərəb rəsmilərinin bildirdiyinə görə, Ər-Riyad Donald Trampın keçidi bağlamaq qərarının İranı gərginliyi daha da artırmağa vadar edəcəyindən narahatdır. Xüsusilə İranın cavab olaraq Bab əl-Məndəb boğazı kimi digər strateji marşrutlarda da təhlükəsizliyi pozacağı ehtimalı qeyd olunur.
Hesabatda vurğulanır ki, Qırmızı dənizdə yerləşən Bab əl-Məndəb boğazı Səudiyyə Ərəbistanının neft ixracı və Asiya ilə Avropa arasında ticarət üçün əsas marşrutlardan biri hesab olunur. Səudiyyə rəsmiləri həmin keçidin təhlükəsizliyinin pozulacağı halda ölkənin neft ixracının mühüm hissəsinin risk altına düşəcəyini bildirib.
Nigar,
Sitat.info