Gəncədə ər arvadını baltaladı

12:30 21 Aprel 2026

Gəncədə qadına balta ilə xəsarət yetirilib.

Sitat.info xəbər verir ki, hadisə nəticəsində 1985-ci il təvəllüdlü şəhər sakini Sevda Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Ona tibbi yardım göstərilib, vəziyyəti kafidir. İlkin məlumata görə, qadına xəsarəti əri yetirib.

Hazırda faktla bağlı araşdırma aparılır.



Xəbər xətti