Bu qəsəbənin sakinlərinə ŞAD XƏBƏR: Maddi yardım veriləcək - SƏRƏNCAM (VİDEO)

13:31 28 Aprel 2026

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən, sel və daşqınların təhlükəli və zərərli təsirlərinə qarşı mübarizə ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən görüləcək işlərin siyahısı açıqlanıb.

Sitat.info  xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsi M.Ə.Sabir və B.Mirzəyev küçələrində çirkab suların təsirinə məruz qalmış 61 fərdi yaşayış evinin təmir bərpası və yararsız hala düşmüş məişət əşyalarına görə qiymətləndirmə xərcləri daxil olmaqla maddi yardım veriləcək.

Həmçinin həmin yaşayış evlərinin sakinlərinin bank xərcləri daxil olmaqla 3 aylıq kirayə haqları ödəniləcək.

Bizi həmçinin 453 min abunəçisi olan Tiktok kanalımızda izləyin...

 

@sitat.info Bu qəsəbənin sakinlərinə ŞAD XƏBƏR - Maddi yardım veriləcək #təcili #sondeqiqe #xeberler ♬ оригинальный звук Sitat.info xəbər portalı




Xəbər xətti