Netanyahu siyasi yolunun sonundadır: Rəqibləri birləşir...

15:28 27 Aprel 2026

"İsrailin baş naziri Benyamin Netanyahu növbəti dəfə korrupsiya ittihamı ilə keçirilən məhkəməyə "təhlükəsizlik" səbəbi ilə gəlməyib. Bundan əvvəl isə əməliyyat olunduğu xəbərini yayıb".

Sitat.info xəbər verir ki, bu sözləri siyasi şərhçi Kənan Rövşənoğlu deyib.

O bildirib ki, Netanyahunun sonu çatmaqdadır: "Belə ki, Netanyahu 2020-ci ildən bu yana 5 ayrı iş üzrə məhkəmə işində ittiham olunur, ancaq bu dövr ərzində müxtəlif səbəblərlə, o cümlədən, aramsız müharibələrlə məhkəmədən yayınıb. Ancaq deyəsən artıq bəhanələr bitir. Son günlər iki mühüm hadisə baş verib. Birincisi, keçmiş baş nazirlər və müxalifət liderləri Naftali Bennett və Yair Lapid birləşmə haqqında razılığa gəlib. Sonuncu dəfə birləşəndə hökumət qurmuşdular. İkincisi, İsrail prezidenti Ishak Hersoq Netanyahunun əfv haqqında müraciətini rədd edib.

Bu iki hadisə göstərir ki, Netanyhu artıq siyasi yolunun sonundadır, ona rəhm olunmayacaq. "Mavr öz işini gördü, Mavr gedə bilər".

Aytac,

Sitat.info



Xəbər xətti