Bu gün İranın xarici işlər naziri Abbas Əraqçı Sankt-Peterburqda rusiyalı həmkarı Sergey Lavrov və prezident Vladimir Putinlə görüşməzdən öncə ABŞ-ni danışıqlarda “həddindən artıq tələblər” irəli sürməkdə ittiham edib.
Sitat.info xəbər verir ki, Əraqçı bunu Sankt-Peterburq hava limanında jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, danışıqlarda müəyyən irəliləyiş əldə olunsa da, Vaşinqtonun yanaşması prosesi nəticəsiz qoyub.
“Danışıqlarda irəliləyişlər oldu, lakin Amerikanın səhv yanaşmaları və həddindən artıq tələbləri əvvəlki mərhələnin irəliləyişlərə baxmayaraq məqsədlərinə çatmamasına səbəb oldu”, - deyə o, vurğulayıb.
İran XİN rəhbəri əlavə edib ki, yaranmış vəziyyətlə bağlı Pakistandakı vasitəçilərlə məsləhətləşmək və mövcud prosesə yenidən baxmaq zəruri olub.
Nigar,
Sitat.info