ABŞ ordusunun Yaxın Şərqdə uzaqmənzilli hipersəs raketi yerləşdərməyi nəzərdən keçirdiyi bildirilir.
Sitat.info xəbər verir ki, məlumata görə, bu addım İranın ballistik raket buraxılış məntəqələrini hədəfə almaq məqsədi daşıya bilər.
Bloomberg agentliyinə danışan və məsələ ilə birbaşa tanış olan mənbənin sözlərinə görə, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu məsələ ilə bağlı sorğu aparıb. Bildirilir ki, İran buraxılış məntəqələrini 300 mildən çox məsafədə hədəfləri vura bilən Precision Strike raketinin əhatə dairəsindən kənara çıxarıb. Bu isə Vaşinqtonu daha uzaq mənzilli silah variantlarına yönəldə bilər.
New York Post qəzetinin məlumatına görə, əgər bu yerləşdirmə təsdiqlənsə, ABŞ ilk dəfə hələ tam işlək vəziyyətdə elan edilməmiş hipersəs raket sistemini əməliyyat bölgəsinə göndərmiş olacaq.
Aytac,
Sitat.info