ABŞ Prezidenti Donald Tramp Pekinə üçgünlük səfərini başa vuraraq prezident təyyarəsinə minib.
Sitat.info xəbər verir ki, mərasimin görüntüləri Fox News tərəfindən yayımlanıb.
Trapla təyyarəyə qalxan ABŞ lideri geri dönərək əl yelləyib və bir neçə söz deyib. Lakin təyyarənin səsinə görə onun dediklərini anlamaq mümkün olmayıb.
Ağ Evin rəhbərini təyyarənin trapında Çinin xarici işlər naziri Wang Yi yola salıb.
Səid,
Sitat.info