CNN-in təxribatının arxasında Netanyahu hökuməti dayanır - Politoloq

22:07 5 İyun 2026

"CNN TV-nin Azərbaycanla bağlı materiallarının arxasında İsrailin baş naziri B. Netanyahu hökuməti dayanır. İsrailin baş naziri B. Netanyahu CNN  vasitəsilə İranla Azərbaycan arasında böhran yaratmağa çalışır. CNN telekanalında ABŞ-İsrailin İrana hücumu zamanı Azərbaycandan İsrailin istifadə etməsi barədə material verilib. İranın siyasi -hərbi rəhbərliyi çox gözəl bilir ki, Azərbaycandan İrana qarşı heç bir hərbi fəaliyyət olmayıb. Ümumiyyətlə, Azərbaycan İrana qarşı hücumda üçüncü ölkələrə heç bir vaxt icazə verməyib.

Qeyd edim ki, Azərbaycan İrana humanitar yardımlar göndərir. Bu istiqamətdə kifayət işlər həyata keçirildi. Həmçinin Azərbaycanla İran arasında normal münasibətlər sistemi yüksək səviyyədə qorunub saxlanılır".

Sitat.info xəbər verir ki, bu sözləri politoloq Məhəmməd Əsədullazadə deyib. 

O bildirib ki, İsrail Azərbaycanla İran arasında yüksək səviyyədə normal münasibətlərin davam etməsində maraqlı deyil: "Azərbaycanın İrana humanitar yardımlarından B. Netanyahu administrasiyası məmnun deyil. Qeyd edim ki, İsrailin Livana hücumu ilə bağlı D.Trampla B. Netanyahu arasında kəskin konflikt yaranıb. CNN telekanalı anti-Tramp mövqeyə malikdir.

D. Trampın adını daşıdığı Zəngəzur dəhlizi -TRİP layihəsi daima İran tərəfindən etirazla qarşılanır. Görünür, B. Netanyahu administrasiyası İranın bu dəhlizə qarşı hərəkətə keçməsində və Azərbaycanla münasibətlərin kəskinləşməsində maraqlıdır".

Nigar,

Sitat.info



Xəbər xətti