Ermənistan seçkilərinin nəticələri Azərbaycana hansı imkanlar yaradır? - TƏHLİL

11:06 8 İyun 2026

"Ermənistan xalqı sülhə, prosesin davamına, daha sivil ölkə olmaq yolunda addımlamağa səs verdi. Paşinyanın partiyası 49,81% səs yığsa da, yəni, 50%-i keçə bilməsə də, Ermənistan seçki qanununun spesefik qaydalarına görə təkbaşına hökumət formalaşdıra biləcək, parlamentə keçməyən partiyaların səsi bölünəcək, Paşinyanın partiyası ən azı 52%-lə parlamentdə təmsil olunacaq.

Azərbaycan xalqının siyasətlə maraqlanan hissəsi də Paşinyana azarkeşlik edirdi – deməli, bizim cəmiyyət də sülh prosesinin davamını istəyir, bu da çox önəmlidir". 

Sitat.info xəbər verir ki, bu sözləri ötən gün Ermənistanda keçirilən seçkiləri dəyərləndirən Real Partiyasının sədri Natiq Cəfərli deyib.

O bildirib ki, əks halda Azərbaycan hərbi xərcləri artırmaq məcburiyyətində qala bilərdi: "Bizim xalq həm də ona görə Nikol və komandasının qalib gəlməsini istəyirdi ki, revanşistlər qalib gəlsəydi, bizim hökumət bunu haqlı səbəb kimi göstərib hərbi, müdafiə xərclərini artıracaqdı, istənilən islahatların ehtimalı belə aradan qalxacaqdı – yaxşı ki, bu məsələlər də aradan qalxdı.

Ona görə də, addım-addım Azərbaycan hərbi xərclərini azaltmalı, həmin vəsaitləri sosial problemlərin həllinə yönəltməlidir. Bundan başqa, sülh prosesi davam edəcəksə, ölkə daxilində ciddi iqtisadi islahatlara da start verilməlidir – çünki, müharibəni möhtəşəm qələbə ilə bitirən bir xalq, sülhü uduza bilməz, buna ixtiyarımız yoxdur. Dərin islahatlar olmalıdır ki, hərbi üstünlüyümüz üzərinə qurulan sülh prosesində qonşularımızdan iqtisadi yarışda üstün olmağı bacaraq".

Aytac,

Sitat.info



Xəbər xətti