"Ermənistanda seçkilərdə N. Paşinyanın parlamentdə konstitutsion çoxluğa nail ola bilməməsi yeni Konstitusiya qəbul etmək üçün referendumun qəbul edilməsini çətinləşdirir. N. Paşinyanın partiyası 65 deputat yerə malikdir. Referendumun qəbulu üçün 71 səs lazımdır. Rusiya və müxalifət sülh müqaviləsinə maneə yaratmaq üçün əllərindən gələni etdilər. Ümumiyyətlə, N. Paşinyan tam yeni Konstitusiya hazırlayıb. Yeni Konstitusiya Müstəqillik Bəyannaməsinə istina etməyəcək. Baş nazir daima qüvvədə olan Konstitusiyanı Ermənistan dövlətinin inkişafının qarşısında əngəl kimi qeyd edib".
Bu sözləri Sitat.info-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, hazırki Konstitusiya Ermənistan üçün faciəvi sənəddir: "Məhz Ermənistanın yeni mərhələdə inkişafı üçün yeni Konstitusiyanın lazım olduğunu vurğulayır. Hazırkı Ermənistan Konstitusiyası keçmiş Qarabağ münaqişəsi fonunda yazılıb və revanşistlərin istəklərini, Ermənistanın digər ölkədən asılılığına səbəb olub.
N. Paşinyan çalışacaq ki, yeni Konustitusiya qəbul edilsin. Ümumiyyətlə, hazırkı Ermənistan Konstitusiyasının mətnində dəyişikliklər nəzərdə tutulmur. Tam yeni Konstitusiya yazılıb və onun qəbulu nəzərdə tutulur. Burada təkcə Azərbaycanla bağlı məsələ deyil. Azərbaycanla Yekun sülh müqaviləsinə gəldikdə isə, bu müqavilə bağlanacaq. Sülh müqaviləsi olmadan Ermənistanla diplomatik əlaqələr mümkün ola bilər. Ancaq gərək Paşinyan 6 aydan sonra referenduma gedəcəyi ilə bağlı öhdəlik götürsün".
Nigar,
Sitat.info