Şəki şəhər kimya-biologiya təmayüllü respublika liseyin musiqi müəllimi Ramin Məmmədli təhsilverənlərin sertifikatlaşdırılması imtahanında 58 bal toplayaraq uğurlu nəticə əldə edib.
Sitat.info xəbər verir ki, bu barədə liseyin sosial şəbəkə hesabında paylaşım edilib.
"Ramin müəllimi əldə etdiyi yüksək nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir, onun peşə fəaliyyətində yeni uğurlara imza atmasını, gələcək işlərində daim müvəffəqiyyət qazanmasını arzulayırıq", - liseyin təbrikində deyilir.