AMB-dən uçot dərəcəsi ilə bağlı qərar

11:07 24 İyun 2026

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,5% səviyyəsində saxlanılması barədə qərar qəbul edib.

Sitat.info xəbər verir ki, bu barədə AMB məlumat yayıb.

Məlumata görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 7,5% səviyyəsində saxlanılıb.

"Faiz dəhlizinin parametrlərinə dair qərar qəbul olunarkən faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf diapazonunda sabitləşməsi, geosiyasi vəziyyət, qlobal maliyyə bazarlarında meyillər və ölkədaxili makroiqtisadi mühit nəzərə alınıb", - AMB bəyan edib.



Xəbər xətti