Rusiyanın Ukraynanın paytaxtı Kiyevə gecə saatlarında həyata keçirdiyi hava hücumu nəticəsində həlak olanların sayı 13-ə, yaralananların sayı isə 86-ya yüksəlib.
Sitat.info xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna Dövlət Fövqəladə Hallar Xidməti (DSNS) məlumat yayıb.
Bildirilib ki, hücum nəticəsində zərər görən ərazilərdə axtarış-xilasetmə əməliyyatları davam edir. Xilasedicilər dağıntılar altından 34 nəfəri sağ çıxarmağa müvəffəq olublar.
Kiyev meri Vitali Kliçko da sosial şəbəkə hesabında paylaşım edərək, hücum zamanı xəsarət alanların sayının 86 nəfərə çatdığını açıqlayıb.
Qeyd edək ki, Rusiya ordusu gecə saatlarından etibarən Kiyevə raketlər və pilotsuz uçuş aparatları ilə hücum edib. Nəticədə şəhərin müxtəlif rayonlarında yaşayış binaları və digər tikililər ciddi ziyan görüb.
Axtarış-xilasetmə işləri davam etdiyindən ölən və yaralananların sayının artacağı istisna edilmir./Azxeber.com