Göldən meyiti tapılan həkim şəhid qızı imiş

11:22 2 İyul 2026

Xəbər verdiyimiz kimi, ötən gün Goranboyda həkimin meyiti göldən tapılıb.
 
Sitat.info Unikal.az-a istinadla xəbər verir ki, meyiti tapılan 53 yaşlı Sevda Nəbiyeva şəhid qızıdır.
 
Mərhumun atası Nəbiyev Camal Abbasəli oğlu 1991-ci il fevralın 15-də 53 yaşında şəhid olub.
 
C.Nəbiyev Goranboy rayonunun Baş Qışlaq kəndindən dağ yolu ilə Xanlar (indiki Göygöl) rayonunun Sarısu kəndinə gedərkən, Buzluq kəndinin yaxınlığından keçən aşırımda 40-50 metr məsafədən ermənilər tərəfindən avtomat və digər odlu silahlardan atəşə tutularaq qətlə yetirilib.



Xəbər xətti