6-31 iyul tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilib.
Sitat.info xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC (ADY) məlumat yayıb.Bildirilib ki, qatar Bakıdan bazar ertəsi və çərşənbə günləri, Ağstafadan isə çərşənbə axşamı və cümə axşamı günləri hərəkət edəcək.
Məlumata görə, sərnişinlər sözügedən biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və “ADY Mobile” mobil tətbiqi vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, Bakı-Qazax-Bakı marşrutu üzrə qatar reysləri isə əvvəlki qaydada gündəlik təşkil olunur.