Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim, deputat kimi yox.
Bu fikri Ermənistan parlamentinin spikeri Alen Simonyan parlamentdə jurnalistlərə açıqlamasında bildirib.
"Mən parlament sədri vəzifəsində fəaliyyətimi davam etdirmək istəyirdim. Çünki tarixdə ən uzun müddət parlament sədri olmuş və səlahiyyət müddətini tam başa vurmuş şəxs kimi hesab edirəm ki, beş illik fəaliyyətim davam etdirilməli idi. Amma partiya və onun idarə heyəti var və mən hər zaman bəyan etmişəm ki, idarə heyətinin qərarına uyğun hərəkət edəcəyəm”, – Simonyan deyib.
Xatırladaq ki, bir neçə gün əvvəl "Vətəndaş Müqaviləsi" Partiyasının İdarə Heyəti qapalı səsvermə yolu ilə Ermənistanın yeni formalaşacaq parlamentinin sədri vəzifəsinə hazırda parlament sədrinin müavini olan Ruben Rubinyan spiker postuna namizəd seçilib.
///apa