Dəməşqdən yeni siqnal: Suriya Hizbullahla dialoqa açıqdır

15:31 2 İyul 2026

Suriyanın xarici işlər naziri Əsəd əl-Şeybani bildirib ki, ölkəsinin maraqları tələb edərsə, Hizbullah nümayəndələri ilə görüşməyə hazırdır.

Sitat.info xəbər verir ki, Livanda səfərdə olan əl-Şeybani prezident Cozef Aun, baş nazir Nəvaf Salam və parlament sədri Nəbih Berri ilə görüşüb.

Bildirilib ki, Suriyanın yeni hakimiyyəti ilə Hizbullah arasında baş tutacaq mümkün görüş iki tərəf arasında ilk rəsmi təmas ola bilər.

"Suriyanın maraqları bunu tələb edərsə, Hizbullah nümayəndələri ilə görüşə hazırıq" deyə Əl-Şeybani bildirib.

Aytac,

Sitat.info



Xəbər xətti