Bu gün İran parlamentinin sədr müavini Əli Nikzad bildirib ki, İslam Respublikasının mərhum ali lideri Əli Xameneyinin ölümü cəzasız qalmayacaq və bu hadisəyə görə ABŞ gec-tez cavab verəcək.
Sitat.info xəbər verir ki, “Mehr News” agentliyinə danışan Nikzad Xameneyinin ölümünün İran cəmiyyətində dərin sarsıntı yaratdığını, eyni zamanda İslam Respublikası tərəfdarları arasında birliyin daha da möhkəmlənməsinə səbəb olduğunu bildirib.
Qeyd edək ki, Əli Xameneyinin fevralın 28-də həlak olmasından sonra İran rəsmiləri dəfələrlə ABŞ və İsraili bu hadisədə günahlandırıb və məsul şəxslərdən qisas alınacağını bəyan ediblər.
Nigar,
Sitat.info