Suriyanın paytaxtı Dəməşqdə partlayış: 5 ölü, 16 yaralı (VİDEO)

17:32 2 İyul 2026

Suriyanın paytaxtı Dəməşqdə yerləşən kafelərdən birində partlayış baş verib.

Sitat.info xarici mediaya istinadən məlumat verir ki, partlayışın səbəbi partlayıcı qurğu olub.

Dəməşqin ən işlək məkanlarından biri olan tarixi Həmidiyyə bazarına gedən yol üzərində yerləşən kafedə baş verən güclü partlayış nəticəsində ilkin məlumata əsasən 5 nəfər ölüb, 16 nəfər isə yaralanıb.

Yaralılar ətrafdakı xəstəxanalara çatdırılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə partlayış nəticəsində kafenin ciddi ziyan gördüyü, hadisə yerində yaralıların olduğu əks olunub.

Suriyanın dövlət xəbər agentliyi SANA partlayışın bombalı hücum nəticəsində baş verdiyini bildirib.

Səid,

Sitat.info



Xəbər xətti