Venesuelada iyunun 24-də ardıcıl baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlərdən sonra axtarış-xilasetmə işləri davam edir. Təbii fəlakət nəticəsində ölənlərin sayı 2 295 nəfərə yüksəlib, 50 min insan itkin düşmüş sayılır.
Sitat.info xəbər verir ki, Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes bu haqda məlumat verib.
O, bildirib ki, zəlzələlər zamanı 11 mindən çox insan yaralanıb, təxminən 13 min nəfər isə evsiz qalıb.
Ölkə üzrə 7 günlük milli matəm elan olunub. Zəlzələdən ən çox zərər çəkən ərazilərdən biri paytaxt Karakasın şimalındakı La Quayra şəhəri olub. Burada beynəlxalq axtarış-xilasetmə qrupları fəaliyyətini davam etdirir.
Rəsmilərin məlumatına görə, axtarışların başa çatdığı və sağ qalanların olmadığı müəyyən edilən binalar ingiliscə "deceased" (vəfat etmiş) sözünü ifadə edən "D" hərfi ilə işarələnir.
Məqsəd həyat əlaməti aşkar edilməyən dağıntılar üzərində vaxt itirməmək və qüvvələri sağ qalanların tapılması ehtimalı olan ərazilərə yönəltməkdir.
Səid,
Sitat.info