Ermənistanın şimalında beynəlxalq yükdaşımaları üçün ödənişli avtomobil yollarının açılması imkanı nəzərdən keçirilir.
Sitat.info APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.
O, Mərkəzi Asiyadan Avropaya ən qısa marşrutun Ermənistandan, xüsusilə də ölkənin şimal bölgələrindən keçdiyini bir daha vurğulayıb.
Paşinyanın sözlərinə görə, hazırda Avropa Birliyi ilə Azərbaycanın Qazax rayonundan Ermənistanın İcevan, Vanadzor, Gümrü şəhərləri və Axurik (Türkiyə sərhədi) istiqamətində uzanan magistral yolun beynəlxalq yükdaşımalar üçün açılması üzrə iş aparılır.
“Bu layihəni həyata keçirmək çox asandır. Bunun üçün yalnız siyasi razılaşma lazımdır”, – Ermənistan lideri qeyd edib.