Şamaxıda Polis Günü qeyd edildi - Fotolar

19:14 2 İyul 2026

Şamaxıda Azərbaycan Polisi Günü münasibətilə rayon icra hakimiyyəti, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon polis şöbəsinin əməkdaşlarının iştirakı ilə tədbir keçirilib.

“Sitat.info” xəbər verir ki, öncə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülərək xatirəsi yad edilib.

Rayon Polis şöbəsində təşkil olunmuş tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, rayon prokuroru Müşfiq Səfərov və rayon Polis şöbəsinin rəisi Əlyəddin Səfərov polis orqanlarının ölkəmizdə ictimai asayışin qorunmasında və təhlükəsizliyin təmin olunmasında mühüm rolunu qeyd edərək polis əməkdaşlarını peşə bayramı münasibəti ilə təbrik ediblər, onlara şərəfli və məsuliyyətli fəaliyyətlərində uğurlar arzulayıblar.

Tədbirdə Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri və rayon icra hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xidmətdə fərqlənən polis əməkdaşları təltif olunub.

 







Xəbər xətti