Braziliya Karlo Ançelotti ilə bağlı qərar verdi

18:50 8 İyul 2026

Braziliya Futbol Konfederasiyası 2026-cı il dünya çempionatındakı uğursuz çıxışa baxmayaraq, Karlo Ançelottinin milli komandanın baş məşqçisi vəzifəsində qalmasına qərar verib. 
 
Bu barədə jurnalist Fabrizio Romano X sosial şəbəkəsində məlumat yayıb.
 
Məlumata görə, Braziliya Futbol Konfederasiyası ilə italiyalı mütəxəssis qüvvədə olan müqavilə çərçivəsində əməkdaşlığı davam etdirmək barədə razılığa gəlib.
 
Bildirilir ki, məhz Ançelotti Braziliya millisinin 2030-cu il dünya çempionatına hazırlıq məqsədilə yenidən formalaşdırılması prosesinə rəhbərlik edəcək.
 
Karlo Ançelotti Braziliya millisinin baş məşqçisi vəzifəsinə 26 may 2025-ci ildə təyin olunub. DÇ-2026-nın 1/8 final mərhələsində onlar Norveçə 1:2 hesabı ilə məğlub olublar. 
 
///qaynarinfo



Xəbər xətti