Amerika hərbçiləri İrana təxminən 90 hədəfin vurulduğu növbəti zərbələr dalğasını başa çatdırıb.
Sitat.info report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bildirib.
"CENTCOM qüvvələri İrana qarşı Hörmüz boğazında ticarət gəmilərinə və günahsız mülki dənizçilərə hücum etmək imkanlarını daha da zəiflərmək məqsədilə əlavə zərbələr endirib. ABŞ qüvvələri İranın təxminən 90 hərbi hədəfinə zərbə endirib", - məlumatda deyilir.
Komandanlığın məlumatına görə, zərbələrin endirildiyi hədəflər arasında hava hücumundan müdafiə sistemləri, sahil müşahidə sistemləri, raket və dron saxlama yerləri olub.