MİQ imtahanlarının vaxtı açıqlandı

15:02 9 İyul 2026

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinə 14 iyuldan etibarən start verilməsi nəzərdə tutulub. 

Sitat.info xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurlan İsmayılbəyli məlumat verib.

O bildirib ki, ölkə üzrə 23 müxtəlif şəhərdə 56 müxtəlif imtahan mərkəzi hazır vəziyyətə gətirilib: “Bununla da 11 mindən artıq namizədin eyni vaxtda imtahan verməsinə şərait yaradılır. Ötən illərdə ibtidai sinif istisna olmaqla, digər bütün fənn və bölmələr üzrə imtahanlar eyni gündə və saatda təşkil olunurdu. Cari ildə bu imkanlar nəticəsində və imtahanda iştirak edəcək namizədlərin sayı nəzərə alınmaqla ibtidai sinif üzrə iştirakçılar da eyni gündə və saatda imtahan verə biləcəklər”.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə bu ildən etibarən ödənişli əsaslarla təşkil edilir.



Xəbər xətti