İsrail Livanın cənubunda avtomobili PUA ilə vurdu

16:25 10 İyul 2026

İsrail ordusu Livanın cənubunda növbəti hava hücumu həyata keçirib.

Sitat.info xəbər verir ki, bu barədə Livanın  Milli Xəbər Agentliyi məlumat yayıb.

Məlumata görə, İsrailə məxsus pilotsuz uçuş aparatı (PUA) Kfar Reman şəhərinin Doha yolu ilə hərəkət edən avtomobili iki raket zərbəsi ilə hədəfə alıb.

Hadisə nəticəsində ölən və ya yaralananlarla bağlı  hələlik rəsmi məlumat açıqlanmayıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Aytac



Xəbər xətti