HƏMAS ABŞ Prezidenti Donald Trampın açıqlamalarını təsdiqləyən bəyanat yayaraq, İsraillə razılıq əldə olunduğunu və silahsızlanma prosesinə başlamağa hazır olduğunu bildirib.
Sitat.info-nun xarici mediaya istinadən məlumatına görə, qrup qeyd edib ki, prosesin başlaması üçün əsas şərt İsrail qüvvələrinin Qəzzadan tam çıxarılmasıdır.
Bəyanata əsasən, silahsızlanma təqvimi 14 gün ərzində hazırlanacaq. Bu çərçivədə ağır silahların, silah anbarlarının, hərbi istehsal obyektlərinin və tunellərin müəyyənləşdirilməsi üzrə işlərə başlanılıb.
HƏMAS silahların saxlanılması prosesinə fələstinli texnokratlardan ibarət komitənin nəzarət edəcəyini, ümumi koordinasiyanın isə Sülh Şurası tərəfindən həyata keçiriləcəyini bildirib.
HƏMAS-dan o da bildirilib ki, silahlar İsrailə və ya fələstinli olmayan hər hansı tərəfə təhvil verilməyəcək.
Səid,
Sitat.info