İspaniyanın müxalif Xalq Partiyasının lideri Alberto Nunyes Feyxoo baş nazir Pedro Sançesi Seuta şəhərində yaşanan miqrasiya böhranına görə kəskin tənqid edib.
Sitat.info-nun xarici mediaya istinadən xəbərinə görə, Feyxoo bildirib ki, on minlərlə qanunsuz miqrantın Seutaya daxil olması "ölkənin ərazi bütövlüyünün pozulması" və "qəsdən həyata keçirilmiş işğal"dır. O, həmçinin İspaniya xüsusi xidmət orqanlarının bu axından əvvəlcədən xəbərdar olub-olmadığını sual edib.
Müxalifət liderinin sözlərinə görə, Pedro Sançes bu hadisələr fonunda "Avropa və dünyada təcrid olunmuş liderə çevrilir".
Xatırladaq ki, iyulun sonunda on minlərlə miqrant Mərakeşdən üzərək və ya piyada Seutaya keçib. Böhran səbəbindən İspaniya hökuməti bölgəyə hərbçilər göndərib. Rəsmi məlumata görə, Seutaya çatmağa çalışarkən azı 72 nəfər həlak olub. Daha əvvəl Pedro Sançes də baş verənləri İspaniyanın ərazi bütövlüyünün pozulması kimi qiymətləndirmişdi.
Nigar,
Sitat.info