İrandan təzminat istəyirəm - Tramp

10:30 11 Avqust 2026

ABŞ Prezidenti Donald Tramp İranın hərbi zərərə görə təzminat tələb etdiyini bildirib və özü də İrandan təzminat istədiyini açıqlayıb.

Sitat.info xəbər verir ki, Tramp sosial media hesabında İranın yerləşdirdiyi bombalar və müxtəlif toqquşmalar nəticəsində ölən və ağır yaralanan insanlar üçün İrandan təzminat tələb etdiyini yazıb.

O, nümayəndələrinə gələcək bütün danışıqlarda bu məsələnin qəti şəkildə gündəmə gətirilməsi barədə göstəriş verdiyini bildirib.

Tramp həmçinin İranla razılıq əldə olunmayacağı təqdirdə bu ölkəyə qarşı böyük hücum ehtimalının hələ də gündəmdə olduğunu deyib. O, ABŞ-ın belə bir əməliyyatı həyata keçirmək imkanına malik olduğunu vurğulayıb.

ABŞ lideri İranın iqtisadi vəziyyətinin ağır olduğunu, lakin ölkənin hələ də Hörmüz boğazında problemlər yaratmaq imkanına malik olduğunu iddia edib. Tramp boğazın hazırda açıq olduğunu və ABŞ donanmasının nəzarətində saxlanıldığını bildirib.

Nigar,

Sitat.info 



Xəbər xətti