Çindən Trampa sərt mesaj: “İrana sanksiyalar problemi həll etməyəcək”

16:07 20 Avqust 2026

Çin ABŞ Prezidenti Donald Trampın İrana qarşı elan etdiyi yeni genişmiqyaslı iqtisadi təzyiq kampaniyasını tənqid edib.

Sitat.info xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian Pekində keçirdiyi brifinqdə bildirib ki, sanksiyaların tətbiqi və təzyiq göstərilməsi problemin həllinə kömək etmir. O, tərəfləri məsələləri siyasi və diplomatik yollarla həll etməyə çağırıb.

Tramp daha əvvəl İranı iqtisadi cəhətdən təcrid etmək məqsədilə “iqtisadi D-Günü” elan etdiyini bildirib və İranla iqtisadi əlaqələri davam etdirən ölkələrə də ciddi nəticələr vəd edib.

Çin bu məsələdə xüsusilə diqqət mərkəzindədir. Reuters-in məlumatına görə, Çin İran neftinin əsas alıcısıdır və 2025-ci ilin məlumatlarına əsasən, İranın dəniz yolu ilə ixrac etdiyi neftin 80 faizindən çoxunu Çin alıb.

Aytac



Xəbər xətti